Bakı. 10 fevral. REPORT.AZ/ Gürcüstanda ikinci piyada briqadasının 22-ci taboruna məxsus avtomobilin ağaca çarpılması nəticəsində 6 hərbçi xəsarət alıb.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə hərbçilərin Simoneti poliqonuna təlimə aparılması zamanı baş verib. Qəzada xəsarət alan hərbçilər Qoridəki hospitala yerləşdiriliblər.
İnformasiyaya əsasən, müdafiə nazirinin müavini Zaal Kapanadze və hərbi polisin rəisi David Kariaulu qəza yerinə baş çəkib.
Hadisə ilə bağlı cinayət işi açılıb və qəzanın baş vermə səbəbləri araşdırlır.