Gürcüstanda hakim partiya LGBT təbliğatına qarşı qanun layihəsi hazırlayıb

Gürcüstanda hakim partiya LGBT təbliğatına qarşı qanun layihəsi hazırlayıb Gürcüstanda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.
Region
19 Mart , 2024 08:00
Gürcüstanda hakim partiya LGBT təbliğatına qarşı qanun layihəsi hazırlayıb

Gürcüstanda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze Pirveli telekanalına müsahibəsində bildirib.

Siyasətçi LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini vurğulayıb:

“Biz BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini və dost və tərəfdaş ölkələrin vergi ödəyicilərindən gələn vəsaitlərin hara getdiyini aydınlaşdırmağa çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi