Gürcüstanda ərzaq məhsulları bahalaşıb
Region
- 03 aprel, 2020
- 07:18
Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,7% artıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik inflyasiya isə 6,1% təşkil edib.
Mart ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2%, tərəvəzlərin qiyməti 9,6%, meyvə və üzümün qiyməti 8,9%, mineral sular, alqokolsuz içkilər, meyvə və tərəvəz şirələri 2,3%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 3,7%, çörəyin qiyməti 1,7% artıb. Süd, pendir və yumurtanın qiyməti 0,3%, balığın qiyməti isə 1,2% ucuzlaşıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,4%, restoran və mehmanxana qiymətləri 8,9%, müxtəlif mal və xidmətlərin qiyməti isə 6,8% artıb.
Son xəbərlər
17:45
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi ilk turda qələbə qazanıb
Fərdi17:42
Paşinyan: Moskva ilə Gümrüdəki hərbi baza məsələsini müzakirə etməyə hazırıq - YENİLƏNİB
Region17:41
Dioqu Jotanın adını səsləndirən azarkeşlərə görə Səudiyyə Ərəbistanı klubu cəzalandırılıb
Futbol17:38
Foto
Badamdarda yaşayış binasında partlayışda xəsarət alan 20 yaşlı gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
Hadisə17:27
TDT çərçivəsində enerji sahəsi üzrə institusional strukturun yaradılması təklif olunub
Energetika17:18
AZAL Astanada regional biznes sammitlərinə qatılıb
İnfrastruktur17:15
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Digər ölkələr17:09
Foto
Pan-Afrika Parlamenti ilə QHPŞ arasında Anlaşma Memorandumu imzalanıb
Xarici siyasət17:07