Gürcüstanda Energetika Nazirliyinin bərpası təklif olunur

Gürcüstanda Energetika Nazirliyinin bərpası təklif olunur Gürcüstan parlamentinin deputatı Revaz Arveladze Energetika Nazirliyinin bərpa olunmasını təklif edib.
Region
5 Sentyabr , 2019 18:30
Gürcüstanda Energetika Nazirliyinin bərpası təklif olunur

Gürcüstan parlamentinin deputatı Revaz Arveladze Energetika Nazirliyinin bərpa olunmasını təklif edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, bu təkliflə parlamentdə keçirilən dinləmələr zamanı çıxış edib.

Parlament üzvü hesab edir ki, Energetika Nazirliyinin ləğvi ciddi səhv olub.

R.Arveladze adıçəkilən Nazirliyin bərpa olunması təklifinin yer aldığı məktubu hazırladığını və sənədi baş nazirə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, qonşu ölkədə Energetika Nazirliyi 2017-ci ildə ləğv olunaraq funksiyaları İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə verilib. 

Son xəbərlər

Orphus sistemi