Gürcüstanda deputatlar narkoloji yoxlamadan keçiriləcək

Gürcüstanda deputatlar narkoloji yoxlamadan keçiriləcək Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri ikinci oxunuşda qəbul edib.
Region
17 Sentyabr , 2020 14:20
Gürcüstanda deputatlar narkoloji yoxlamadan keçiriləcək
0 : 00
0 : 00

Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri ikinci oxunuşda qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, qanun layihəsini 87 deputat dəstəkləyib.

Dəyişikliklərə əsasən, qanunverici orqana deputat seçiləcək şəxslər narkoloji test verməli olacaqlar.

Qanun layihəsinin ilkin versiyasına əsasən, deputatlığa namizədlərin bu cür tibbi yoxlamadan keçirilməsi nəzərdə tutulurdu. Lakin majoritar və proporsional deputatlığa namizədlərin sayının 9 minə çatacağını nəzərə alaraq, bu, epidemioloji vəziyyət üçün əlavə risk kimi qiymətləndirilib.

Dəyişikliklərin parlamentin sabahkı iclasında üçüncü oxunuşda təsdiq olunacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. 30 deputat majoritar, 120-si isə proporsional qaydada seçiləcək.    

 

Son xəbərlər

Orphus sistemi