Gürcüstanda daha üç pasiyent koronavirusdan sağaldı

Region
  • 06 aprel, 2020
  • 14:50
Gürcüstanda daha üç pasiyent koronavirusdan sağaldı

Gürcüstanda koronavirusdan sağalanların sayı 39 nəfərə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bildirilib ki, ölkədə virusa yoluxan daha 3 nəfər sağalıb.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 188 nəfər yoluxub, onların 2-si ölüb.

Hazırda karantində 5 056, stasionar nəzarətdə isə 386 nəfər var.