Gürcüstanda daha bir deputat koronavirusa yoluxub

Gürcüstanda daha bir deputat koronavirusa yoluxub Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib.
Region
13 Sentyabr , 2020 12:59
Gürcüstanda daha bir deputat koronavirusa yoluxub
Gedevan Popxadze

Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu təsdiqlənib.

"Report"un yerli bürosu xəbər verir ki, o, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edib.

Deputatın COVID-19-la bağlı testi pozitiv nəticələnib.

Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub. Hər iki deputat “Bizim Gürcüstan - Həmrəylik Alyansı” Partiyasında təmsil olunur. Siyasi təşkilatın digər liderləri özünütəcrid rejimindədirlər. 

Son xəbərlər

Orphus sistemi