Gürcüstanda daha 64 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 64 nəfər koronavirusdan ölüb Gürcüstanda ötən sutka ərzində daha 3 201 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 64 pasiyent vəfat edib.
Region
24 Noyabr , 2021 10:35
Gürcüstanda daha 64 nəfər koronavirusdan ölüb

Gürcüstanda ötən sutka ərzində daha 3 201 nəfərin koronavirusla bağlı testi pozitiv çıxıb, 64 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Gürcüstanda indiyə qədər COVID-19-a 822 383 nəfər yoluxub, onların 11 679-u ölüb.

Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 4 098 nəfər artaraq 763 755-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi