Gürcüstanda son sutkada koronavirusa 6 351 yeni yoluxma faktı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, daha 3 043 nəfər müalicə olunaraq sağalıb, 27 pasiyent isə vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 021 943 nəfərdə aşkarlanıb. Onların 946 255-i sağalıb, 14 582-si isə dünyasını dəyişib.