Gürcüstanda daha 355 nəfər COVID-19-a yoluxub

Gürcüstanda daha 355 nəfər COVID-19-a yoluxub Son 24 saat ərzində yeni yoluxma faktlarnın müəyyən edilməsi üçün 19 737 test aparılıb
Region
6 Mart , 2021 10:46
Gürcüstanda daha 355 nəfər COVID-19-a yoluxub

Gürcüstanda son sutkada daha 355 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 91 nəfər sağalaraq evə buraxılıb, 4 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 272 617 yoluxma halı təsdiqlənib. Yoluxanların 266 344-ü sağalıb, 3 567-si isə ölüb.

Son 24 saat ərzində yeni yoluxma faktlarnın müəyyən edilməsi üçün 19 737 test aparılıb.

Son xəbərlər

Orphus sistemi