Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub Gürcüstanda son sutkada koronavirusa 187 yeni yoluxma halı qeydə alınıb, 46 pasiyent sağalıb.
Region
19 Sentyabr , 2020 10:28
Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 187 yeni yoluxma halı qeydə alınıb, 46 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 3 306-ya, sağalanların sayı isə 1 481-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda ölkə üzrə 5 014 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdə saxlanılır. 

Son xəbərlər

Orphus sistemi