Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 553-ə yüksəlib

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 553-ə yüksəlib Gürcüstanda son sutkada daha 133 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 276 nəfər müalicə olunaraq sağalıb
Region
4 Mart , 2021 10:49
Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 553-ə yüksəlib

Gürcüstanda son sutkada daha 133 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 276 nəfər müalicə olunaraq sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə pandemiya dövründə COVID-19 diaqnozu qoyulanların sayı 271 872-yə, sağalanların sayı isə 266 081-ə çatıb.

Virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 12 nəfər artaraq 3 553 olub.

Son xəbərlər

Orphus sistemi