Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib

Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib Gürcüstanda son sutkada koronavirusa 1 597 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.
Region
25 Sentyabr , 2021 10:41
Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib

Gürcüstanda son sutkada koronavirusa 1 597 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına ümumi yoluxma sayı 605 360 nəfərə, ölənlərin ümumi sayı isə 8 787 nəfərə yüksəlib.

Ötən 24 saatda 1 189, ümumilikdə isə 573 542 nəfər müalicə olunaraq sağalıb.

Son xəbərlər

Orphus sistemi