Gürcüstanda biri hamilə qadın olmaqla altı nəfər yanaraq ölüb - YENİLƏNİB - FOTO

Region
  • 03 fevral, 2020
  • 21:30
Gürcüstanda biri hamilə qadın olmaqla altı nəfər yanaraq ölüb - YENİLƏNİB - FOTO

Gürcüstanın Bağdati şəhərində yaşayış evlərinin birində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının kəşfiyyatı zamanı yaşlı qadının da meyiti aşkar olunub.

Bədbəxt hadisə zamanı ölən qadınla dörd yeniyetmə ana və balaları olublar. Qadının hamilə olduğu bildirilir. 

Yaşlı qadın isə ailənin qohumu olub.

İkimərtəbəli taxta ev tamamilə yanıb. Alovun aradan qaldırılmasında 25 yanğınsöndürən iştirak edib. Yanğın tam söndürülüb.

Gürcüstanın Daxili İşlər Nazirliyi yanğınla bağlı istintaqa başlayıb.  


23:25***04.02.2020

Gürcüstanın Bağdati şəhərində yaşayış evində yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, nəticədə bir qadın və dörd uşaq ölüb.

Hadisə yerinə altı yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.

Yanğının baş vermə səbəbləri hələ məlum deyil.

44 filmi