Gürcüstanda bələdiyyə aparatının rəisi güllələnib

Gürcüstanda bələdiyyə aparatının rəisi güllələnib Cinayətkarın tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir
Region
28 Sentyabr , 2017 13:43
Gürcüstanda bələdiyyə aparatının rəisi güllələnib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Gürcüstanın Zuqdidi şəhər bələdiyyəsi aparatının rəisi Qriqol Mikava odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, faktı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib.

O, diz nahiyəsindən yaralanıb.

Nazirlikdən bildirilib ki, cinayətkarın tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir. 

Faktla bağlı qəsdən sağlamlığa ağır ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi