Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda seçkilər sakit şəraitdə keçirilir

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda seçkilər sakit şəraitdə keçirilir Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda prezident seçkiləri sakit şəraitdə keçirilir.
Region
28 Oktyabr , 2018 12:09
Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda seçkilər sakit şəraitdə keçirilir
Foto: "Report"

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda prezident seçkiləri sakit şəraitdə keçirilir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, rayon üzrə 90 seçki məntəqəsində səsvermə prosesinə saat 08:00-da start verilib.

Marneuli rayonu 5 saylı seçki məntəqəsində 1367 seçici qeydiyyatdadır və bu vaxta qədər onların 50-yə yaxını səs verib.

Marneuli rayon seçki komissiyasına səsvermə ilə bağlı hələlik bir şikayət daxil olub. Şikayət bir seçki məntəqəsində zərflərin seçki bülletenlərinin sayından çox olması ilə bağlıdır. Komissiyadan bu halın qanun pozuntusu olmadığı və səsvermə prosesinin normal qaydada davam etdirildiyi bildirilib.

Rayonun Təzəkənd kəndindəki seçki məntəqəsində də qanun pozuntusu qeydə alınıb. Məntəqədə prezidentliyə namizəd Salome Zurabişvilinin təşviqatı aparılıb. İki şəxs S.Zurabişvilinin seçki nömrəsi olan 48 rəqəminin əks olunduğu üst geyimdə olub. Onlar seçki məntəqəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Marneuli rayonunda seçicilərin ümumi sayı 90 min nəfərdən çoxdur. 

Son xəbərlər

Orphus sistemi