Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərdə koronavirus müayinəsi aparılır

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərdə koronavirus müayinəsi aparılır Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların yaşadıqları Qaracalar və Qaratəhlə kəndində əhalinin kütləvi koronavirus testindən keçirilməsinə başlanılıb.
Region
21 İyul , 2020 09:53
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərdə koronavirus müayinəsi aparılır

Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların yaşadığı Qaracalar Qaratəhlə kəndində əhalinin kütləvi koronavirus testindən keçirilməsinə başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı epidemioloqlardan ibarət 6 qrup kəndlərə ezam olunub.

Bu gün 700-ə yaxın şəxsin PCR testindən keçirilməsi nəzərdə tutulub.

Qaracalar və Qaratəhlə kəndlərinin koronavirusun yayılmasının yüksək riski ilə bağlı təcrid olunub-olunmayacağı barədə bu gün qərar veriləcək.

Qeyd edək ki, indiyədək Qardabanidə 23 nəfərdə COVID-19 aşkarlanıb. Yoluxma hallarının 14-ü Qaracalar kəndində qeydə alınıb. Üç nəfərin yoluxma mənbəyi hələ məlum deyil. 60 nəfər karantinə yerləşdirilib.    

Son xəbərlər

Orphus sistemi