Tbilisi. 29 dekabr. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunun Kosalı kəndində ölüm hadisəsi baş verib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, kənd sakini azərbaycanlı qadın qaz sızması nəticəsində ölüb.
Onun 5 aylıq hamilə olduğu bildirilir.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə istintaq aparılır.