Gürcüstanda avtobus aşıb, xəsarət alanlar var - ƏLAVƏ OLUNUB
Region
- 12 noyabr, 2019
- 06:26
Gürcüstanın Acarıstan Muxtar Respublikasının Keda rayonunda ağır yol qəzası baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, “Iveco” markalı sərnişin avtobusunun sürücüsü Tsxemna kəndi ərazisində idarəetməni itirib.
Nəticədə avtobus yolun kənarına aşıb. Nəqliyyat vasitəsində olan 10-a yaxın sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.
***
Acarıstanın Keda rayonunda avtobusun aşması nəticəsində 15 nəfər xəsarət alıb.
Vəziyyəti nisbətən ağır olan iki şəxs Batumi xəstəxanasına çatdırılıb.
Xəsarət alan digər 13 nəfər isə Keda rayon xəstəxanasında müalicə olunurlar.
Qəzaya düşən şəxslərin həyatlarının təhlükədə olmadığı bildirilir.
Son xəbərlər
23:22
Mustafa Çiftçi: Türkiyə, Gürcüstan və Azərbaycan cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə edəcək
Region22:57
Foto
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Hərbi22:52
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb
Digər ölkələr22:49
Premyer Liqada VI turun hakim təyinatları açıqlanıb
Futbol22:39
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib
Region22:27
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
Digər ölkələr22:07
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Energetika21:52
"Bavariya" müdafiəçi Kim Min Cenin gələcəyi ilə bağlı danışıqlar aparmağa hazırlaşır
Futbol21:45
Video