Gürcüstanda 200-dən çox seçki məntəqəsi üçün seçki bülletenləri Azərbaycan dilində çap olunacaq

Gürcüstanda 200-dən çox seçki məntəqəsi üçün seçki bülletenləri Azərbaycan dilində çap olunacaq Tbilisi. 21 oktyabr. REPORT.AZ/ Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlanılıb.
Region
106
21 Oktyabr , 2018 19:52
Gürcüstanda 200-dən çox seçki məntəqəsi üçün seçki bülletenləri Azərbaycan dilində çap olunacaq

Tbilisi. 21 oktyabr. REPORT.AZ/ Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlanılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze brifinqdə məlumat verib.

O bildirib ki, bir neçə gün davam edəcək çap prosesini 12 yerli və xarici müşahidəçi MSK üzləri ilə birgə müşahidə edəcək:

“3709 seçki məntəqəsi üçün 3 259 900 seçki bülleteni çap olunacaq. Bunlardan 3 252 800 ədədi prezident seçkiləri, 7100-ü isə Tercola və Samtredia şəhərlərində sakrebuloya keçiriləcək aralıq seçkiləri üçün nəzərdə tutulub”.

Mətbuat katibi seçki bülletenlərinin etnik azlıqların dillərində da çap olunacağını deyib:

“Seçki bülletenləri 209 seçki məntəqəsi üçün gürcü-Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə gürcü-erməni dillərində çap olunacaq. Bundan başqa dörd seçki məntəqəsi gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq”.

A.Mikeladzenin sözlərinə görə, seçicilərin vahid siyahısında olan seçicilərin sayı 3 518 890 nəfər təşkil edir.

Qeyd edək ki, seçki bülletenlərində prezidentliyə 25 namizədin adı qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi