Gürcüstana yüksək büdcəli turistlər cəlb ediləcək
Region
- 10 yanvar, 2020
- 13:28
“Gürcüstanın Milli Turizm Administrasiyasının bu il üçün əsas hədəflərindən biri ölkəyə yüksək büdcəli turistlərin cəlb edilməsi olacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qurumun rəhbəri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, digər əsas hədəf turizm bazarlarının diversifikasiyası olacaq: “2020-ci ildə fəal olaraq marketinq kampaniyaları və Gürcüstan haqqında məlumatlılığın artırılmasına yönəlmiş bir sıra tədbirlər həyata keçiriləcək”.
Administrasiya rəhbəri yeni turizm məhsullarının yaradılacağını da deyib.
Qeyd edək ki, 2019-cu ildə qonşu ölkəyə 9 357 964 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu, tarixi rekord göstərici olub.
Son xəbərlər
08:31
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə08:17
Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
İnfrastruktur08:09
İran ətrafındakı münaqişə fonunda bir sıra dövlətlər qızıl satışına başlayıb
İqtisadiyyat07:58
İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
Digər ölkələr07:56
Dollar ucuzlaşır
İqtisadiyyat07:22
Tailandın Mərkəzi Bankı iqtisadi artım proqnozunu aşağı salıb
Digər ölkələr06:49
"FT": Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər
Digər ölkələr06:23
ABŞ Hörmüz boğazında mina əleyhinə əməliyyatlarını gücləndirir
Digər ölkələr05:46