Gürcüstana səfər edəcək turistlərdən tibbi arayış tələb oluna bilər
Region
- 11 may, 2020
- 18:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstana səfər edəcək əcnəbi turistlərdən onlarda koronavirusun olmadığını təsdiqləyən tibbi arayış tələb oluna bilər.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili "Palitranews" kanalına bildirib.
Onun sözlərinə görə, Ümumdünya Turizm Təşkilatı mayın 25-də turist səfərləri üçün tövsiyələr təqdim edəcək.
M.Kvrivişili deyib ki, Gürcüstan strateji hədəf ölkələrlə sıx əməkdaşlıq edir: "Həmin ölkələr və Gürcüstan arasında təhlükəsiz dəhlizin formatı barədə razılıq əldə ediləcək. Dəhliz vasitəsilə turistlərin qarşılıqlı səfərləri mümkün olacaq".
Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul etməyə hazırlaşır.
Son xəbərlər
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya