Gürcüstan millisinin baş məşqçisi istefa verdi

Gürcüstan millisinin baş məşqçisi istefa verdi Gürcüstanın yığma futbol komandasının baş məşqçisi Vladimir Vayss istefa verib.
Region
13 Noyabr , 2020 10:27
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Vladimir Vayss

Futbol üzrə Gürcüstanın milli komandasının baş məşqçisi Vladimir Vayss istefa verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib.

Slovakiyalı mütəxəssis buradakı işinin başa çatdığını deyib: "Gürcü azərkeşlərə, futbolçulara və jurnalistlərə təşəkkür edirəm. Bu, asan olmayan, lakin həyatımın çox yaxşı 5 ili oldu".

56 yaşlı baş məşqçi Şimali Makedoniya ilə AVRO-2020-nin pley-off oyunundakı məğlubiyyətə görə üzr istəyib.

Qeyd edək ki, ötən gün baş tutan matçda rəqibinə 0:1 hesabı ilə uduzan Gürcüstan millisi 2021-ci ilin yayında keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə şansını əldən verib.

Son xəbərlər

Orphus sistemi