Gürcüstan və Türkmənistanın XİN başçıları onlayn formatda görüş keçirib

Gürcüstan və Türkmənistanın XİN başçıları onlayn formatda görüş keçirib Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkmənistanlı həmkarı Rəşid Meredovla onlayn formatda görüş keçirib.
Region
8 sentyabr 2020 05:40
Gürcüstan və Türkmənistanın XİN başçıları onlayn formatda görüş keçirib
David Zalkaliani v' Rəşid Meredov

Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkmənistanlı həmkarı Rəşid Meredovla onlayn formatda görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər, o cümlədən ticari-iqtisadi, nəqliyyat, energetika, logistika, turizm sahəsindəki, beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq müzakirə olunub.

Nazirlər əsas diqqəti beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinə ayırıblar. “Qara dəniz – Xəzər dənizi” və “Lapis Lazuli” layihələri ilə bağlı çoxtərəfli formatlarda qəbul olunan qərarların həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Tərəflər pandemiyaya qarşı mübarizə tədbirləri və cari vəziyyət barədə məlumat mübadiləsi də həyata keçiriblər.    

 
Orphus sistemi