Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi 835 mln. dolları ötüb

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi 835 mln. dolları ötüb Tbilisi. 19noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 835 mln. 782,8 min dollar təşkil edib.
Region
19 Noyabr , 2018 12:12
Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi 835 mln. dolları ötüb

Tbilisi. 19noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 835 mln. 782,8 min dollar təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabata əsasən, bu ilin ilk 10 ayı ərzində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,1% təşkil edib.

Yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra 4-cü yeri tutub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 98,2% artaraq 385 mln. 993,3 min dollar təşkil edib.Gürcüstanın ixracının 14%-i Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstan məhsullarının ən çox ixrac olunduğu ölkə olub.

Azərbaycan isə Gürcüstana 449 mln. 789,4 min dollar dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 8,6% çoxdur. Azərbaycan Gürcüstanın ümumi idxalında 6% paya sahib olmaqla, qonşu ölkənin dördüncü əsas idxal tərəfdaşı olub.

Cari ilin ilk 10 ayı ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 10 mlrd. 305,9 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 20,5% çoxdur. Qonşu ölkənin ixracı 24,5% artaraq 2 mlrd. 751 mln. dollar, idxalı isə 19,2% artaraq 7 mlrd. 555 mln. dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi