Gürcüstan səfiri Aİ-nin mənzil-qərargahına çağırılıb

Gürcüstan səfiri Aİ-nin mənzil-qərargahına çağırılıb Gürcüstan səfiri ötən gün Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahına çağırılıb.
Region
22 Sentyabr , 2021 12:58
Gürcüstan səfiri Aİ-nin mənzil-qərargahına çağırılıb
Karl Xartsel

Gürcüstan səfiri ötən gün Avropa İttifaqının (Aİ) Brüsseldəki mənzil-qərargahına çağırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Karl Xartsel jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfirlə keçirilən görüşdə Tbilisidə fəaliyyət göstərən diplomatların dinlənilməsi barədə yayılan məlumatlar müzakirə olunub.

Qeyd edək ki, Gürcüstanın yerli mətbuatının yazdığına görə, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti Aİ səfiri K.Xartsel də daxil olmaqla, Tbilisidə çalışan diplomatların telefon danışıqlarını gizli şəkildə dinləyib.

Son xəbərlər

Orphus sistemi