Gürcüstan sakinləri ölkənin əsas milli problemlərini açıqlayıb

Region
  • 28 yanvar, 2019
  • 07:55
Gürcüstan sakinləri ölkənin əsas milli problemlərini açıqlayıb

Tbilisi. 28 yanvar. REPORT.AZ/ ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunda ölkə əhalisini narahat edən əsas milli məsələlər açıqlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, respondentlərin 51%-i iş yerlərini özü və ailəsi üçün əsas milli problem kimi göstərib.

Rəyi soruşulanların 38%-i yoxsulluq, 37%-i isə qiymət artımını ən əsas problem hesab edib.

Araşdırmaya əsasən, 2009-cu ildən etibarən əhalini ən çox narahat edən problemlərin ilk üçlüyü (iş yerləri, yoxsulluq, qiymət artımı) dəyişməz olaraq qalıb.

NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə ötən ilin 6 -20 dekabr tarixində keçirib. Araşdırmada 2205 respondent iştirak edib. 

44 filmi