Gürcüstan prezidentinin dünən yaralanan kürəkəninin vəziyyəti sabitdir

Gürcüstan prezidentinin dünən yaralanan kürəkəninin vəziyyəti sabitdir Mindiya Qoqoçuri və dostu dünən əməliyyat olunub
Region
12 Yanvar , 2017 12:08
Gürcüstan prezidentinin dünən yaralanan kürəkəninin vəziyyəti sabitdir

Bakı. 12 yanvar. REPORT.AZ/ Gürcüstan prezidentinin kürəkəni Mindiya Qoqoçurinin vəziyyəti sabitdir.

Bu barədə "Report" "Qruziya-Online" portalına istinadən xəbər verir.

Respublika Xəstəxanası mətbuat xidmətindən verilən məluamata görə, prezidentin kürəkənin dostunun da vəziyyəti sabitdir. Hazırda onların həyatları risk altında deyil. Xəstəxana yaralıların ailələrinin istəyi əsasında detallı məlumat verməkdən imtina edir.

Əldə olunan məlumata görə, hər iki yaralı dünən əməliyyat edilib.

Qeyd edək ki, Gürcüstan prezidentinin kürəkəni Mindiya Qoqoçuri dünən yaralanıb. O, yaralı dostu ilə birlikdə Respublika Xəstəxanasının təcili tibbi yardım mərkəzinə çatdırılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsdən sağlamlığa zərər vurma və qanunsuz odlu silah əldə edilməsi, saxlanması və daşınması maddələri üzrə istintaq başlayıb.

Son xəbərlər

Orphus sistemi