Gürcüstan prezidenti parlamentdə illik hesabat verəcək

Gürcüstan prezidenti parlamentdə illik hesabat verəcək Sabah Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentində illik hesabat təqdim edəcək
Region
8 Aprel , 2021 14:36
Gürcüstan prezidenti parlamentdə illik hesabat verəcək
Salome Zurabaşvili

Sabah Gürcüstan prezidenti Salome Zurabişvili ölkə parlamentində illik hesabat təqdim edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunun üçün qanunverici orqanın növbədənkənar iclası çağırılacaq.

Dövlət başçısı çıxışında ölkədəki hazırkı vəziyyət və vacib məsələlərə toxunacaq.

Qeyd edək ki, qonşu ölkədə prezident ildə bir dəfə parlamentdə hesabat verir. S.Zurabişvili deputatlar qarşısında dövlət başçısı kimi artıq üçüncü dəfə hesabatla çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi