Bakı. 30 dekabr. REPORT.AZ/ Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hökumətin yeni tərkibində yalnız kiçik dəyişikliklər edilib. Belə ki, Mixail Canelidze xarici işlər naziri, baş nazirin müavini isə iqtisadiyyat naziri Dmitri Kumsişvili olub.
Xatırladaq ki, dekabrın 23-də Gürcüstanın artıq sabiq baş naziri İrakli Qaribaşvili tutduğu postdan istefa vermişdi. O, bu addımı "Gürcü arzusu" partiyasının seçki qərargahına diqqət ayıracağı ilə əlaqələndirib.