Gürcüstan prezidenti azərbaycanlı veteranları təbrik edib

Region
  • 23 iyun, 2020
  • 08:15
Gürcüstan prezidenti azərbaycanlı veteranları təbrik edib

Gürcüstan prezidenti Salome Zurabişvili Böyük Vətən müharibəsinin iki azərbaycanlı veteranı – Camal Qasım oğlu və Ənvər Hüseynovu təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, müharibə iştirakçılarına dövlət başçısının təbrikini Bolnisi bələdiyyəsinin rəhbəri David Şerazadişvili və majoritar deputat Qogi Meşveliani çatdırıblar.

Hər iki veterana faşizm üzərində qələbənin 75-ci ildönümü ilə bağlı yubiley medalı da təqdim olunub.

44 - Tezliklə