​Gürcüstan parlamenti Dmanisidəki tarixi-mədəni abidə ilə bağlı məsələni də müzakirə edəcək

​Gürcüstan parlamenti Dmanisidəki tarixi-mədəni abidə ilə bağlı məsələni də müzakirə edəcək "RMG Gold" şirkəti qızıl hasil etmək üçün orada qazıntı işləri aparır
Region
24 Dekabr , 2014 11:46
​Gürcüstan parlamenti Dmanisidəki tarixi-mədəni abidə ilə bağlı məsələni də müzakirə edəcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Gürcüstan parlamentinin növbədənkənar sessiyası keçirilir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, sessiyada bir neçə qanun layihəsi üçüncü oxunuşda qəbul ediləcək.

Məlumata görə, iclasda deputatların 50-dən çox məsələni müzakirə edəcəyi gözlənilir.

Sakdrisi-Kaçaqiani tarixi mədənlə bağlı vəziyyət də müzakirə olunacaq məsələlər arasındadır.

Bu məsələ "Azad Demokratlar"ın təşəbbüsü ilə gündəliyə daxil edilib.

Xatrıladaq ki, bu ərazi Borçalı mahalında, Kvemo-Kartli ərazisindədir. "RMG Gold" şirkəti orada qızıl hasil etmək üçün qazıntı işləri aparır.

Yerli sakinlər 9 gün Sakdrisi-Kaçaqiani də etiraz aksiyası keçirmişdi. Onlar həmin bölgənin tarixi-mədəni yer olduğunu bildirərək, orada qazıntı işlərinin aparılmasına qarşı çıxmışdı.

Hadisə yerində ölkənin mədəniyyət naziri Quram Odirşariya olub. O, etirazçılara həmin ərazidəki tarixi abidələrin dağıdılmasının qarşısını almaq üçün bütün tədbirləri görəcəklərini vəd edib. Bundan başqa nazirlik orada 8 gün monitorinq aparıb.

Sahəsi 9 hektar olan Sakdrisi-Kaçaqianini Borçalı mahalının, Kvemo-Kartlinin azərbaycanlılar yaşayan Dmanisi rayonundan bir neçə kilometr aralı yerləşir. 

Son xəbərlər

Orphus sistemi