Gürcüstanın
“Report”un yerli bürosu xəbər verir ki, mərasimdə Gürcüstanda tolerantlıq mədəniyyətinin yüksəldilməsi, milli azlıqların hüquqlarının müdafiəsi sahəsində xüsusi töhfələri olan şəxslərə mükafatlar təqdim olunub.
Mükafata layiq görülənlər arasında Gürcüstanın azərbaycanlı gəncləri də yer alıb. “Tolerant şəxsiyyət” nominasiyasında “Tolerantlıq müdafiəçisi” sertifikatı Qardabani rayonundan olan gənc müəllim Həmid Sadıxa verilib.
“Tolerant media” nominasiyasında isə “Tolerantlıq müdafiəçisi” adına Gürcüstanın Birinci kanalının “Rəngarəng Gürcüstan” departamenti layiq görülüb. Sertifikat departamentin rəhbəri Ramilə Əliyevaya təqdim edilib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və BMT-nin Gürcüstandakı Assosiasiyasının (UNAG) dəstəyi ilə baş tutan tədbirdə Gürcüstanın ombudsmanı Nino Lomcaria, diplomatik korpusun nümayəndələri, milli azlıqları təmsil edən müxtəlif təşkilatların təmsilçiləri iştirak ediblər.