Gürcüstan müxalifəti baş nazirin Ermənistanla bağlı təklifinə etiraz edib

Gürcüstan müxalifəti baş nazirin Ermənistanla bağlı təklifinə etiraz edib Tbilisi. 22 dekabr. REPORT.AZ/ Gürcüstan müxalifəti baş nazir Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verilməsi ilə bağlı təklifini sərt tənqid edib.
Region
22 Dekabr , 2017 00:22
Gürcüstan müxalifəti baş nazirin Ermənistanla bağlı təklifinə etiraz edib

Tbilisi. 22 dekabr. REPORT.AZ/ Gürcüstan müxalifəti baş nazir Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verilməsi ilə bağlı təklifini sərt tənqid edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, baş nazir parlamentdəki çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib.

Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər.

Bu, nəqliyyat dəhlizindən istifadə ilə bağlı Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanmış müqavilədə də xatırlanır. Dekabrın 19-da Berndə Gürcüstanın Gəlirlər Xidməti ilə İsveçrənin SGS kompaniyası arasında bu dəhliz ilə daşınacaq yüklərin monitorinqini aparmaq barədə müqavilə imzalanıb.

Gürcüstanın əsas ana müxalifəti hesab olunan "Vahid milli hərəkat" Partiyasının üzvü, Gürcüstan hökumətinin sabiq başçısı Qriqol Vaşadze deyib ki, bu dəhlizdən üçüncü ölkənin istifadə etməsi 2011-ci ildə imzalanmış müqavilənin şərtlərinə ziddir. Ermənistana öz yüklərini dəhlizlə daşımasına icazənin verilməsinin bu müqavilə ilə heç bir əlaqəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi