Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir - YENİLƏNİB

Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir - YENİLƏNİB Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında aksiya başlayıb.
Region
3 Sentyabr , 2019 19:28
Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir - YENİLƏNİB

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında aksiya başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iştirakçılar daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edirlər.

Aksiyaya müxalif “Güc birlikdədir” birliyinin üzvləri və tərəfdarları da qatılacaq.

Qeyd edək ki, bu gün hakim Gürcü Arzusu Partiyası hökumət başçısı postuna G.Qaxarianın namizədliyini təqdim edib. Gürcütan parlamentinin onun rəhbərlik edəcəyi hökumətə sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir. 


*** 16:35

Gürcüstan müxalifəti daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edir.

“Report”un yerli bürosu xəbər verir ki, “Güc birlikdədir” müxalif birliyi parlamentin binası qarşısında G.Qaxarianın namizədliyinin əleyhinə bu gün saat 19:00-a təyin olunan aksiyaya qoşulacaq.

Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze bildirib ki, G.Qaxarianın baş nazir postuna namizədliyinin irəli sürülməsi təhqirdir: “Müxalifət və vətəndaş cəmiyyəti hər şey etməlidir ki, Giorgi Qaxaria baş nazir vəzifəsinə təsdiq olunmasın. Hakimiyyətdən qəti olarq tələb edirik ki, hökumət başçısı postuna namizədini dəyişdirsin və qarşıdurmanı daha da kəskinləşdirməsin”.

Q.Vaşadze qeyd edib ki, birləşmiş müxalifətin bütün üzvləri və tərəfdarları parlamentin qarşısındakı aksiyaya qoşularaq öz etirazlarını bildirəcəklər. 

Son xəbərlər

Orphus sistemi