Bakı. 17 iyun. REPORT.AZ/ Gürcüstan Müsəlmanları İdarəsi Tbilisidə seldən əziyyət çəkən şəxslərə yardım göstərib.
"Report" Tbilisi meriyasına istinadən xəbər verir ki, idarə paytaxt rəhbərliyinə ərzaq, iş alətləri və digər əşyalar verib.
Mufti və şeyx Tbilisinin meri David Narmaniya ilə görüşüb, bundan sonra humanitar yardım təqdim olunub.
İdarənin işçiləri həmçinin meriya işçiləri ilə birgə fəlakət zonasının təmizlənməsində iştirak edəcək.
Bundan başqa, Gürcüstan Müsəlmanları İdarəsi fəlakətdən əziyyət çəkənlər üçün 13 000 lari məbləğində vəsait köçürəcək.



