Gürcüstanın Mərkəzi Seçki Komissiyasına sədr seçilib

Region
  • 24 dekabr, 2018
  • 10:55
Gürcüstanın Mərkəzi Seçki Komissiyasına sədr seçilib

Tbilisi. 24 dekabr. REPORT.AZ/ Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçkisi keçirilib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, gizli səsvermə yolu ilə MSK-nın hazırkı sədri Tamar Jvania yenidən qurumun növbəti 5 il müddətinə rəhbəri seçilib.

Gürcüstan Prezidenti Salome Zurabişvili MSK sədrliyinə T.Jvaniadan başqa, Mariam ŞelegiaVladimir Bojadzenin namizədliyini də təqdim edib.

T.Jvanianın namizədliyini səsvermədə iştirak edən 9 üzvün 8-i dəstəkləyib. Komissiyada təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri səsvermə prosesində iştirakdan imtina ediblər. T.Jvania da səsvermə hüququndan yararlanmayıb.

Qeyd edək ki, T.Jvania 2013-cü ildən Gürcüstan MSK-ya rəhbərlik edir. Ali seçki qurumu sədrinin ikinci müddətə sədr seçilməsi ilk dəfə baş verib. 

Son xəbərlər

Bütün Xəbər Lenti