Gürcüstan hökuməti qara rəngli avtomobillərdən imtina etməyə başlayıb

Gürcüstan hökuməti qara rəngli avtomobillərdən imtina etməyə başlayıb Tbilisi. 1 mart. REPORT.AZ/ Gürcüstan hökuməti avtoparkında qara rəngdə olan avtomobillərin sayını azaldır.
Region
1 Mart , 2019 21:31
Gürcüstan hökuməti qara rəngli avtomobillərdən imtina etməyə başlayıb

Tbilisi. 1 mart. REPORT.AZ/ Gürcüstan hökuməti avtoparkında qara rəngdə olan avtomobillərin sayını azaldır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət 180 ədəd "Pikap" markalı avtomobil alacaq.

Bununla bağlı bu gün elan olunan tenderin şərtlərinə əsasən, avtomobillər yeni və qara rəngdən başqa digər rənglərdə olmalıdır.

Alınacaq avtomobillərin ümumi dəyəri, təqribən, 12 195 000 lari (4,6 mln. dollar) olacaq.

Tenderlə bağlı təkliflər martın 5-dən 6-dək qəbul ediləcək.

Qeyd edək ki, Gürcüstan hökumətinin ötən ilin aprelində qəbul etdiyi qərara əsasən, dövlət orqanlarına qara rəngdə olan avtomobillərin alınmasına qadağa qoyulub. Qadağa yerli idarəetmə orqanlarına da şamil olunub.

Son xəbərlər

Orphus sistemi