Gürcüstanda ali və peşə təhsili müəssisələrinə qəbul olan bəzi tələbələr təhsil üçün dövlət qrantı ala biləcəklər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin təhsil nazirinin müavini Nunu Mitskeviç bildirib.
Onun sözlərinə görə, bu il ilk dəfə olaraq sosial proqramla bağlı qeydiyyat yalnız onlayn qaydada
Nazir müavini deyib ki, proqramla vahid milli imtahanlar üzrə universitetlər və peşə məktəblərinə qəbul olan tələbələrin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub: “13 kateqoriyaya aid olan tələbələrə dövlət qrantı əldə etmək imkanı yaradılıb. Bu kateqoriyalardan birinə tədrisi Azərbaycan dilində olan məktəblərin məzunları daxildir”.