​Gürcüstan gömrükçüləri İrana məxsus yük maşınından 178 kq heroin aşkarlayıb

​Gürcüstan gömrükçüləri İrana məxsus yük maşınından 178 kq heroin aşkarlayıb Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb
Region
13 İyun , 2016 15:18
​Gürcüstan gömrükçüləri İrana məxsus yük maşınından 178 kq heroin aşkarlayıb

Bakı. 13 iyun. REPORT.AZ/ Gürcüstan gömrükçüləri İrandan gələn yük maşınından 178 kiloqram heroin aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.

İnformasiyaya əsasən, avtomobil İrandan Azərbaycana, buradan Gürcüstan və Ukraynadan keçərək Hollandiyaya gedəcəkmiş.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işini araşdırır.

Son xəbərlər

Orphus sistemi