​Gürcüstan-Ermənistan sərhədini keçən azərbaycanlı azadlığa buraxılıb

Region
  • 23 dekabr, 2015
  • 13:47
​Gürcüstan-Ermənistan sərhədini keçən azərbaycanlı azadlığa buraxılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Ermənistanın Lori vilayətinin ümumi məhkəməsinin qərarı ilə Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Faxralı kənd sakini Turqay Mikayılov sərbəst buraxılıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Lori vilayət məhkəməsi onu 5 ay müddətinə azadlıqdan məhrum edib. Cari il iyulun 23-də saxlanıldığı nəzərə alınaraq onu məhkəmə zalından azadlığa buraxıblar.

Vəkilinin vəsatəti əsasında məhkəmə prosesi qapalı keçib.

Qeyd edək ki, 35 yaşlı azərbaycanlı, Gürcüstan vətəndaşı Turqay Mikayılov iyulun 23-də təqribən 21:00 radələrində Lori vilayətinin Dzünaşox kəndi ərazisində təsadüfən Ermənistan-Gürcüstan sərhədini keçib. O, Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq Yerevana aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti