Gürcüstan-Ermənistan sərhədində yanğın baş verib
Region
- 24 dekabr, 2019
- 07:39
Gürcüstan-Ermənistan sərhədində, Yırğançay kəndi yaxınlığında yanğın baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.
Yanğının aradan qaldırılması üzrə tədbirlər bütün gecə ərzində davam etdirilib. Alovun qarşısının alınmasına 80 yanğınsöndürən cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb.
Xidmətdən bildirilib ki, hazırda ölkə ərazisində 10 aktiv yanğın ocağı müşahidə olunur ki, bunun da səbəbi son ayların quraq keçməsidir. Yanğınların söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir. Alovun yaşayış məntəqələrinə doğru yayılması təhlükəsi yoxdur.
Son xəbərlər
08:16
Bakıda 10 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:10
Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
Digər ölkələr08:06
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
Hadisə07:53
ABŞ-də helikopter qəzasında 3 nəfər ölüb
Digər ölkələr07:25
Blinken: ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri Vaşinqtondan məyus olublar
Digər ölkələr06:52
Çin hərbi kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır
Digər ölkələr06:17
Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini çağırıb
Digər ölkələr05:58
Vens: ABŞ-İran münaqişəsi yaxın aylarda yeni mərhələyə keçəcək
Digər ölkələr05:22