Gürcüstan elektrik enerjisinin idxal və ixrac proqnozunu azaldıb
- 25 iyun, 2019
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ölkənin builki elektrik enerjisinin idxal və ixrac proqnozuna dəyişiklik edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, qonşu ölkə elektrik enerjisinin idxal həcmini 2,8 mlrd. kilovatt/saatdan 1,6 mlrd. kilovatt/saata qədər azaldıb.
Bununla belə, bu il Gürcüstanın idxal edəcəyi elektrik enerjisinin həcmi illik müqayisədə, təxminən, 7% artacaq.
İdxal proqnozuna dəyişikliyin edilməsi ölkədə elektrik enerjisi istehlakının azalması ilə əlaqədardır.
Gürcüstandan elektrik enerjisinin ixrac həcmi isə 696 mln. kilovatt/saatdan 426 mln. kilovatt/saata qədər azaldılıb.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 539,670 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.
Qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 614,10 mln. kilovatt/saat təşkil edib ki, bu həcmin də 87,88%-i Azərbaycanın payına düşüb.