Gürcüstan əhalisinin sayı 15 faiz azalıb
Region
- 16 sentyabr, 2017
- 19:59
Tbilisi. 16 sentyabr. REPORT.AZ/ Gürcüstan əhalisinin sayı 2017-ci ilin birinci yarısında xeyli azalıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, hazırda Gürcüstan əhalisi 3 milyon 718 min 200 nəfərdir. Bu da 2002-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.
Ekspertlərin fikrincə bu əsasən üç amil - ölüm sayının artması, doğuşların azalması və əhalinin miqrasiyası ilə bağlıdır.
Statistika xidmətinin məlumatına görə, 2017-ci ilin birinci yarısında ölüm halları doğuş faktından 1,6 faiz çoxdur. Belə ki, cari ilin birinci yarısında 25,9 min ölüm, 25,5 min doğum faktı qeydə alınıb.
Ən çox ölüm faktı Gürcüstanın yüksək dağlıq bölgələrində qeydə alınıb.
Son xəbərlər
00:37
Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regionda baş verən son hadisələri müzakirə edib
Xarici siyasət00:35
İraq Hörmüz boğazından yan keçməklə Avropaya neft tədarükünü artırmaq niyyətindədir
Digər ölkələr00:29
Prezidentin köməkçisi: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verir
Xarici siyasət00:06
Qazaxıstan ikinci AES-in tikintisi ilə bağlı danışıqlar aparır
Region23:55
Futbol üzrə Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
Futbol23:50
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
Futbol23:41
İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib
Region23:34
Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib
Digər ölkələr23:21