Gürcüstan əhalisinə “Pfizer” vaksini vurulacaq

Gürcüstan əhalisinə “Pfizer” vaksini vurulacaq “Yaxın zamanlarda Gürcüstan sakinləri koronavirusa qarşı “Pfizer” vaksini ilə peyvənd olunacaqlar”.
Region
12 Yanvar , 2021 15:24
Gürcüstan əhalisinə “Pfizer” vaksini vurulacaq

“Yaxın zamanlarda Gürcüstan sakinləri koronavirusa qarşı “Pfizer” vaksini ilə peyvənd olunacaqlar”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanla görüşdə bildirib.

Nazir səfiri Gürcüstandakı epidemioloji vəziyyət barədə məlumatlandırıb. Tərəflər pandemiya ilə mübarizə və vaskinasiya məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Gürcüstan hökuməti əhalinin 20 %-i üçün peyvənd alacaq. Preparatın ölkəyə gələn ay çatdırılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi