Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub

Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi yanvarın 24-də Aİ Şurasının təsdiqi üçün Gürcüstandan olan diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılmasına dair qətnamənin razılaşdırılması üçün iclas təyin edib.
Region
20 Yanvar , 2025 16:56
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsində Gürcüstandan olan diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılmasına dair qətnamənin razılaşdırılması üçün keçiriləcək Aİ şurasında iclasın günü məlum olub.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, iclas yanvarın 24-ə təyin edib.

Təşəbbüs daimi nümayəndələr tərəfindən təsdiqlənərsə, diplomatik və xidməti pasportlara malik Gürcüstan diplomatları, rəsmi şəxsləri və onların ailələri üçün Aİ-yə istənilən 180 günlük dövrdə 90 günə qədər qısamüddətli səfərlər üçün viza tələb ediləcək.

Qeyd edək ki, dekabrın 20-də Avropa Komissiyası Gürcüstandan olan diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılmasını təklif etmişdi.

Son xəbərlər

Orphus sistemi