“Gürcüstan dəmir yolları”nın yük daşımalarından gəliri artıb
- 01 avqust, 2019
- 07:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında “Gürcüstan dəmir yolları” SC-nin yük daşımalarından əldə etdiyi gəlir əhəmiyyətli dərəcədə artıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
İllik müqayisədə gəlir 32,7 mln. lari və ya 23% artıb. 2017-ci ilin eyni dövründə isə gəlirin həcmi 20,8 mln. larini ötüb.
“Gürcüstan dəmir yolları”nın məlumatında qeyd olunub ki, son illər xam neftin dəmir yolu vasitəsilə daşınması kəskin azalıb və 2019-cu ildə bu növ yükün daşınması göstəricisi sıfra bərabər olub.
Gəlirin artmasına səbəb daşınan quru yüklərin həcminin artmasıdır. Belə ki, 2018-ci ildə dəmir yolu nəqliyyatına Qazaxıstandan taxıl və kömür daşınmaları da daxil olmaqla yeni yüklərin cəlb olunmasına başlanılıb.