Gürcüstan Çində keçiriləcək “Bir kəmər, bir yol” beynəlxalq forumunda təmsil olunacaq
- 24 aprel, 2019
- 10:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Baş nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvilinin başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, nümayəndə heyəti Pekində keçiriləcək “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edəcək.
Səfər çərçivəsində M.Tskitişvili Çinin nəqliyyat naziri Li Siaopen ilə Gürcüstan və Çin arasında beynəlxalq sərnişin və yük daşımalarına dair saziş imzalayacaq. Tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.
M.Tskitişvilinin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze daxildir.