Gürcüstan ABŞ-la birgə hərbi təlimlər keçirəcək

Region
  • 12 iyun, 2020
  • 11:18
Gürcüstan ABŞ-la birgə hərbi təlimlər keçirəcək

“Bu ilin sentyabrında “Layiqli tərəfdaş 2020” adlı Gürcüstan-ABŞ birgə hərbi təliminin keçirilməsi planlaşdırılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, beynəlxalq təlimdə NATO-ya digər üzv ölkələr də iştirak edəcəklər.

Nazir bildirib ki, müxtəlif növ təlimlər gürcü hərbçilərin hazırlığının yüksək olduğunu və NATO-nun tələblərinə uyğunluğunu göstərib: “Bizim tərəfdaşlarla ikitərəfli və çoxtərəfli formatlardakı əməkdaşlığımız müdafiə qüvvələrinin gücləndirilməsi və NATO standartlarına uyğunluğun yüksəldilməsi məqsədi daşıyır”.

İ.Qaribaşvili Gürcüstan ordusunun bugünkü hazırlıq səviyyəsinin çox güclü olduğunu qeyd edib.