“Gürcü Arzusu”: Seçkilərdə ciddi qanun pozuntusu qeydə alınmayıb
Region
- 19 may, 2019
- 16:41
“Bu gün Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilərdə hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının liderlərindən biri, parlamentin vitse-spikeri Tamar Çuqoşvili keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, dairə seçki komissiyalarına daxil olan şikayətlər, əsasən texniki məsələlərlə bağlı olub.
T.Çuqoşvili hakim partiya tərəfdarlarına seçkilərdə göstərdikləri fəallığa görə minnətdarlığını bildirib.
Hakim partiyanın digər lideri İrakli Sesiaşvili öz növbəsində Marneulidə baş tutmuş seçkiləri şərh edib. O bildirib ki, seçkilər azad və dinc şəraitdə keçib:
“Əminəm ki, bizim namizəd Zaur Darğallı seçkilərin birinci turunda qələbə qazanacaq”.
Son xəbərlər
11:59
"S&P" Azərbaycanın bank sektorunun qiymətləndirməsini yüksəldib
Maliyyə11:56
Naxçıvanda bir ailənin altı üzvü dəm qazından zəhərlənib, ölən var
Hadisə11:36
Rusiya Ukraynaya ballistik raket və 112 PUA ilə hücum edib
Digər ölkələr11:32
"S&P" Azərbaycan Biznesin İnkişafı Fondunun birləşmədən sonra ilk reytinqini açıqlayıb
Maliyyə11:15
Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib
Digər ölkələr11:12
Ötən gün Azərbaycanda 70-dən çox cinayətin üstü açılıb
Hadisə11:03
"Neftçi"nin əvəzedici komandasına üç legioner cəlb olunub
Futbol10:46
"Qarabağ"ın rəqibinin futbolçusu iki ay müddətinə sıradan çıxıb
Futbol10:43